“Nokia” telekommunikasiya şirkəti Rusiya bazarını tərk edir

“Nokia” telekommunikasiya şirkəti Rusiya bazarını tərk edir
  12 Aprel 2022    Oxunub:1048
Finlandiyanın “Nokia” telekommunikasiya şirkəti Rusiya bazarını tərk edir. AzVision.az xəbər verir ki, bu barədə “Nokia” şirkəti məlumat yayıb.
Məlumatda bildirilir ki, bu qərar şirkətin ümumi maliyyə perspektivlərinə təsir etməyəcək: “Son həftələrdə biz tədarükləri dayandırdıq və məhdud elmi-tədqiqat fəaliyyətimizi Rusiyadan kənara köçürürük. Bu proses zamanı əməkdaşlarımızın təhlükəsizliyi və rifahı prioritet olaraq qalacaq. Digər regionlarda müşahidə etdiyimiz yüksək tələbatı nəzərə alsaq, bu qərarın 2022-ci ilə maliyyə proqnozlarına təsir edəcəyi gözlənilmir”.

Şirkət həmçinin, Rusiyada istehlakçılar üçün fasiləsiz məlumat axınının və İnternetə çıxışın təmin edilməsinin vacibliyini vurğulayıb, bu səbəbdən “Nokia” mövcud şəbəkələrə xidmət göstərmək üçün servis dəstəyi həyata keçirməyi öhdəsinə götürüb.

Qeyd edək ki, bu qərarın maliyyə nəticələri də vurğulanır, çünki 2021-ci ildə “Nokia”nın dünya üzrə xalis satışlarının 2 faizdən az hissəsi Rusiyanın payına düşüb.

AzVision.az



Teqlər:



Xəbər lenti