Qırğızıstan və Tacikistan sərhəddən qoşunların çıxarılması barədə razılığa gəlib

   Qırğızıstan və Tacikistan sərhəddən qoşunların çıxarılması barədə razılığa gəlib
  12 Aprel 2022    Oxunub:984
Qırğızıstan və Tacikistan sərhəddən əlavə silahlı qüvvələrin çıxarılması barədə razılığa gəliblər. AzVision.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Qırğızıstan sərhəd xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Qırğızıstan və Tacikistan sərhədində atışma olub
Bildirilir ki, Batken vilayətinin Leylek rayonunda Qırğızıstanın sərhəd xidmətinin Batken vilayəti üzrə idarəsinin rəisi, polkovnik Kıyalbek Tolonbayev ilə Tacikistanın sərhəd qoşunlarının Soqd vilayəti üzrə idarəsinin rəisi General-mayor Hikmətullo Pirakov arasında görüş keçirilir.

"Danışıqlar zamanı əlavə qüvvə və vasitələrin daimi dislokasiya məntəqələrinə çıxarılması ilə bağlı ilk qərarlardan biri qəbul edilib. Demək olar ki, dərhal tərəflər silahlı qüvvələri və hərbi vasitələri hadisə yerindən çıxarmağa başlayıblar", - məlumatda deyili.

Xatırladaq ki, bu gün sərhəddə iki dəfə atışma baş verib. Nəticədə bir qırğız əsgər yaralanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sərhəd  



Xəbər lenti