Kipr dörd rusiyalı biznesmeni vətəndaşlıqdan çıxarır

   Kipr dörd rusiyalı biznesmeni vətəndaşlıqdan çıxarır
  13 Aprel 2022    Oxunub:944
Kipr Respublikasının hakimiyyət orqanları dörd rusiyalı biznesmeni - Mixail Quçeriyev, Aleksey Kuzmiçev, Vadim Moşkoviç və Aleksandr Ponomarenkonu Kipr vətəndaşlığından məhrum etməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə “Phileleftheros” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Nazirlər Kabinetinin son iclasında təsdiq edilən ada dövlətinin vətəndaşlıqdan məhrumetmə siyahısında 21 qızıl pasport sahibinin, o cümlədən Aİ-nin sanksiya siyahısında yer alan 4 rusiyalının, habelə onların ailə üzvlərinin də adı var.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Kipr  



Xəbər lenti