KİV: İsveç iyunda NATO-ya üzvlük üçün müraciət edəcək

    KİV:    İsveç iyunda NATO-ya üzvlük üçün müraciət edəcək
  13 Aprel 2022    Oxunub:1174
İsveçin hakim Sosial Demokrat Fəhlə Partiyasının rəhbərliyi ölkənin NATO-ya daxil olması məsələsi ilə bağlı qərar qəbul edib. Baş nazir Magdalena Anderssonun məqsədi bu ilin iyun ayında müraciət etməkdir.
AzVision.az xəbər verir ki, bu barədə "Svenska Dagbladet" qəzeti partiyadakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, ərizənin iyunun 29-30-da Madriddə keçiriləcək NATO toplantısında təqdim edilməsi planlaşdırılır.

"Aftonbladet" nəşrinin daha əvvəl xəbər verdiyi kimi, İsveçin hakim Sosial Demokrat Fəhlə Partiyasının rəhbərliyi mayın 24-də növbədənkənar iclas elan edib və burada 26 partiya dairəsinin nümayəndələri ölkənin Şimali Atlantika Alyansına üzvlüyü ilə bağlı partiyanın mövqeyini müzakirə edəcəklər.Bundan əvvəl partiyanın sıravi üzvlərinin rəyinin öyrənilməsi üçün yerlərdə iş aparılmalıdır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: NATO  



Xəbər lenti