Lukaşenko: "Putinə dedim ki, dünyada virusu dayandırdın, hamı sağalıb!"

      Lukaşenko:    "Putinə dedim ki, dünyada virusu dayandırdın, hamı sağalıb!"
  13 Aprel 2022    Oxunub:1160
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə bağlı maraqlı dialoqunun olmasını söyləyib. AzVision.az xəbər verir ki, o, həmkarına “dünyadakı bütün koronavirusu dayandırdığını” deyib.
- Hər şey bitəndən sonra olanları düşünməliyik. Vəziyyətin gərginləşməsi faktı da var. Amma bu, kiməsə sərf edir. Dünən mən Putinə dedim ki, "qulaq as, əhsən sənə, müharibə müharibədir, amma sən dərhal dünyada koronavirusu dayandırdın, hamı sağalıb”, - Lukaşenko jurnalistlərə deyib.

Prezidentin sözlərinə görə, yeni ştamların müəyyənləşdirilməsi ilə məşğul olan bir çox mütəxəssis tez bir şəkildə varlanıb.

Belarus prezidenti qeyd edib ki, indi dünya yenidən bölüşdürülür.

- Bunda pandemiya hansı rol oynadı? Hələ də bilmirəm. Amma məncə bunun böyük rolu oldu. Hər şeyi müqayisə edəndə nəticə çıxaracağıq. Ancaq Belarus doğru yoldadır.

Belarus prezidenti ölkəsində indiyə kimi cəmi 8 minə yaxın insnaın virusdan ölməsinə də diqqət çəkib. O qeyd edib ki, açıq havaya maskasız çıxmaq lazımdır.

Qeyd edək ki, koronavirus pandemiyası zamanı Belarus hakimiyyəti karantin tətbiq etməyib. Onlar əhalini yalnız təhlükəsizlik tədbirlərinə əməl etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti