Finlandiyanın baş naziri: “NATO məsələsinin müzakirəsi həftələr çəkəcək”

   Finlandiyanın baş naziri:    “NATO məsələsinin müzakirəsi həftələr çəkəcək”
  13 Aprel 2022    Oxunub:724
Parlamentarilərin və Finlandiya rəhbərliyinin ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün mümkün yeni addımların, o cümlədən NATO-ya üzv olmaq imkanlarının müzakirəsi bir neçə həftə çəkə bilər.
AzVision.az xəbər verir ki, bunu Finlandiyanın baş naziri Sanna Marin bu barədə Stokholmda isveçli həmkarı Maqdalena Anderssonla keçirdiyi mətbuat konfransında bildirib. Baş nazir qeyd edib ki, NATO məsələsində istənilən ssenaridə - həm alyansa üzvlük üçün müraciət zamanı, həm də əks halda risklər var.

Eyni zamanda, Marin vurğulayıb ki, o, NATO-ya təkcə hərbi deyil, həm də siyasi alyans kimi Avropanın siyasi və təhlükəsizlik arxitekturasının mühüm hissəsi kimi baxır.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: NATO  



Xəbər lenti