Ukrayna ABŞ-dan ağır silahlar alacaq - Ağ Ev

   Ukrayna ABŞ-dan ağır silahlar alacaq -    Ağ Ev
  13 Aprel 2022    Oxunub:693
ABŞ prezidenti Co Bayden ukraynalı həmkaı Vladimir Zelenskiyə ABŞ-ın Ukraynaya zirehli personal, artilleriya sistemləri və helikopterlər də daxil olmaqla əlavə hərbi yardım üçün 800 milyon dollar ayıracağını bildirib.
Bu barədə Ağ Evin iki lider arasındakı söhbətdən sonra yaydığı press-relizdə deyilir.

“Bu yeni yardım paketinə artıq təmin etdiyimiz çox effektiv silah sistemləri, eləcə də Rusiyanın Ukraynanın şərqində başlayacağını gözlədiyimiz daha geniş hücuma uyğunlaşdırılmış yeni imkanlar daxil olacaq.

Bu yeni imkanlara artilleriya sistemləri, artilleriya mərmiləri və zirehli personal daşıyıcıları daxildir. Bayden əlavə helikopterlərin təhvil verilməsini də təsdiqləyib”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti