İsveç müxalifəti NATO-ya üzvlüyü sürətləndirməyə çağırır

   İsveç müxalifəti NATO-ya üzvlüyü sürətləndirməyə çağırır
  14 Aprel 2022    Oxunub:923
İsveç parlamentindəki müxalif partiyalar, (riksdaq) Mötədil Koalisiya Partiyası, İsveç Demokratları və Xristian Demokratlar İsveçin NATO-ya daxil olması prosesini sürətləndirməyə çağırıblar. AzVision.az xəbər verir ki, bu barədə “SVT” telekanalı məlumat yayıb.
Mötədil Koalisiya Partiyası bildirib ki, İsveçin Şimali Atlantika Alyansına müraciəti məsələsinin təxirə salınmasına imkan verilməməlidir. Eyni zamanda, isveçli demokratlar müvafiq məsələnin daha tez təhlilini istəyirlər. Xristian Demokratların nümayəndələri də sürətli qərar gözləyirlər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İsveç   NATO  



Xəbər lenti