"Ukraynada baş verənlər soyqırımıdır" - Tramp

   "Ukraynada baş verənlər soyqırımıdır" -    Tramp
  14 Aprel 2022    Oxunub:695
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Bayden və dövlət katibinin müavini Viktoriya Nulandın bəyanatlarından sonra Ukraynada baş verənləri soyqırımı adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb. O telekanala müsahibəsində açıq şəkildə deyib ki, "Ukraynada baş verənlər soyqırımıdır".

Qeyd edək ki, Bayden Rusiyanın Ukrayna ilə bağlı siyasətini soyqırımı adlandırmışdı. Lakin o qeyd edib ki, onun hüquqi baxımdan bu şəkildə kvalifikasiya edilib-edilməməsi ilə bağlı qərarı hüquqşünaslar verməlidir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Baydenin ukraynalıların soyqırımı ilə bağlı bəyanatını şərh edərkən deyib ki, Kreml vəziyyəti təhrif etmək üçün edilən bu cür cəhdləri qəbuledilməz sayır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Tramp   Ukrayna  



Xəbər lenti