Çavuşoğlu: "Putinlə Zelenski görüşə bilər"

      Çavuşoğlu:    "Putinlə Zelenski görüşə bilər"
  14 Aprel 2022    Oxunub:1311
"Rusiyanın Ukraynaya qarşı təcavüzünü qəbul etmədiyimizi bildirmişik. Bunu beynəlxalq platformalarda da söyləmişik. Digər tərəfdən, heç kəs buna “müharibə” demədiyi halda biz bunun müharibə olduğunu söyləyərək Montrö razılaşmasını tam tətbiq etdik".
AzVision.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində söyləyib. Onun sözlərinə görə, Türkiyə hava məkanını hərbi təyyarələr üçün bağlasa da, analoji addımı mülki reyslər üçün ata bilməz. M.Çavuşoğlu həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı və ukraynalı həmkarları arasında telefon danışığının baş tutacağını söyləyib:

"Fikrimcə, Putinlə Zelenski görüşə bilər.Xüsusən Putin görüşə razılıq verməlidir. Əslində, o, “yox” deməyib. Doğrudur, son günlər baş verənlər gərginliyi bir az da artırıb. Tərəflərin görüşməsi üçün tələblər arasındakı fərq azalmalıdır. Bu istiqamətdə isə səylər davam edir".

AzVision.az


Teqlər: Türkiyə   Rusiya  



Xəbər lenti