Honq-Konq COVİD-19 məhdudiyyətlərini yüngülləşdirir
Hökumət cümə axşamı aprelin 21-dən etibarən dörd nəfərə qədər insanın istənilən vaxt bir yerdə toplaşa biləcəyini, restoranların axşam saat 10-a qədər fəaliyyət göstərəcəyini və şəhər daxilindəki yeməkxanalarda iş saatının saat 6-dan uzadılacağını açıqlayıb. Məktəblərdə isə gələn həftədən ənənəvi təhsilin bərpa olunması gözlənilir.
Barlar və çimərliklərlə bağlı tətbiq olunan məhdudiyyətlər qüvvədə qalıb.
"70 mindən çox olan gündəlik yoluxma sayı artıq 1000-ə düşüb. Əgər mədudiyyətlər yumşaldılmasa, bunun Honq-Konq iqtisadiyyatına böyük təsir edəcəyini düşünürəm"- Baş icraçı direktor Kerri Lam brifinqində deyib.
Qeyd edək ki, Honq-Konqda gündəlik yoluxma sayı bir həftə ərzində 2000-dən aşağı düşüb və çərşənbə günü 1272 yoluxma faktı qeydə alınıb.
Aydan Mustafayeva
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


