"Avropa enerji bazarında sabitliyi pozur" - Putin

"Avropa enerji bazarında sabitliyi pozur" -    Putin
  14 Aprel 2022    Oxunub:1244
Avropa ölkələri Rusiyanın enerji daşıyıcılarından imtina edərək, bazarda sabitliyi pozur və qiymətləri öz əlləri ilə şişirdirlər.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin neft-qaz sənayesinin nümayəndələri ilə görüşü zamanı deyib.

O həmçinin qeyd edib ki, Dost olmayan ölkələrin bankları Rusiyanın enerji daşıyıcılarına görə ödənilən pullarla bağlı əməliyyatları gecikdirirlər.

Prezident xatırladıb ki, artıq proseslərdə ödənişlərin milli valyutaya köçürülməsi, dollar və avrodan tədricən uzaqlaşdırılması vəzifəsi qoyulub.

Qeyd edək ki, Rusiya Ukraynaya hücuma başlanandan sonra enerji bazarında da xaotik durum yaranıb.

Tural Tağıyev
AzVision.az




Teqlər: Putin   Rusiya  



Xəbər lenti