Ukraynanı Ştaynmayeri qəbul etməməsi Kansleri əsəbləşdirib

   Ukraynanı Ştaynmayeri qəbul etməməsi Kansleri əsəbləşdirib
  14 Aprel 2022    Oxunub:774
Ukraynaya AFR-in Federal Prezidenti Frank-Valter Ştaynmayerin əvəzinə Federal Kansler Olaf Şoltsun gəlməsini istəyən Kiyev ilə Berlin arasında yaranmış qalmaqala Olaf Şolts da biganə qalmayıb.
AzVision.az xəbər verir ki, Almaniya hökumətinin başçısı indiki mərhələdə onun Kiyevə səfərinin mənasız olduğunu bildirib. Şoltsun sözlərinə görə, Ukraynanın Ştaynmayeri qəbul etməmək qərarı “onu (Şoltsu – Red) hövsələdən çıxarıb və hətta bir qədər əsəbləşdirib”.

“Yaxşı olardı ki, Kiyevdə Ştaynmayeri qəbul edəydilər”, - deyən Şolts daha sonra əlavə edib ki, münaqişə başlayandan bir neçə gün əvvəl o Kiyevdə olub və Prezident Zelenski ilə daim əlaqə saxlayır.

AzVision.az



Teqlər: Almaniya  



Xəbər lenti