Moskva Ukrayna biolaboratoriyalarının kuratorlarının adlarını açıqladı

   Moskva Ukrayna biolaboratoriyalarının  kuratorlarının adlarını açıqladı
  14 Aprel 2022    Oxunub:1831
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin rəisi İqor Kirilov Ukrayna Elmi-Texnoloji Mərkəzində (UNTÇ) ABŞ hərbi bioloji proqramının maraqları naminə tədqiqatlarla məşğul olan amerika və avropalıların adlarını açıqlayıb.
- Hərbi bioloji proqramların həyata keçirilməsində iştirak etmiş məmurların adlarını çəkəcəyəm. UNTÇ-nın icraçı direktoru vəzifəsini ABŞ vətəndaşı Kertis Belayaç tutur. 27 avqust 1968-ci ildə Kaliforniyada anadan olub burada universitetdə təhsil alıb və 1994-cü ildən Ukraynada işləyir, - Kirilov deyib.

"Ukrayna Pentaqonun ən böyük biolaboratoriya layihəsidir" - Lavrov
Onun sözlərinə görə, UNTÇ-nin idarə heyətinin Avropa İttifaqından olan sədri Eddi Artur Mayerdir. Mərkəzin işini isə ABŞ-dan Fil Dollif kurasiya edir.

General vurğulayıb ki, Müdafiə Nazirliyinə daxil olan sənədlər Pentaqonun əsas podratçısı olan "Black & Veatch" vasitəsilə STÇU ilə ABŞ hərbi departamenti arasında əlaqənin olmasını təsdiqləyir. Kirilovun sözlərinə görə, nazirlikdə bu şirkətin vitse-prezidenti Metyu Uebberin yazışmaları var ki, orada o, Ukrayna ərazisində davam edən hərbi bioloji tədqiqatlar çərçivəsində STÇU ilə işləməyə hazır olduğunu bildirib.

- 2014-2022-ci illər ərzində Ukrayna Elm və Texnologiya Mərkəzi postsovet ölkələrində -Ukrayna, Gürcüstan, Moldova, Azərbaycanda beş yüzdən çox tədqiqat layihəsi həyata keçirib, - general fikirlərinə əlavə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Biolaboratoriya   Rusiya  



Xəbər lenti