Moskva sülh müqaviləsinin bağlanmasına kömək etməkdə qərarlıdır

  Moskva sülh müqaviləsinin bağlanmasına kömək etməkdə qərarlıdır
  14 Aprel 2022    Oxunub:1260
Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə yol açmır və regionda uzunmüddətli sülhün bərpası üçün növbəti ardıcıl addımların atılmasını tələb edir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

"Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə imkan vermir. ABŞ və Fransa (red- ATƏT-in Minsk Qrupu) tərəfdaşları arasında əməkdaşlı dayandırdığı üçün regionda uzunmüddətli sülh və sabitliyin bərpası üçün əlavə ardıcıl addımlar tələb olunur”, deyə- diplomat jurnalistlərin Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması ilə bağlı sualını cavablandırarkən deyib.

Zaxorva qeyd edib ki, Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına töhfə verməyə hazırdır:

"Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi əsas prinsiplər və İrəvanın onlara reaksiyası sülh müqaviləsi üzrə Azərbaycan-Ermənistan danışıqlarının başlanması üçün əsas rolunu oynamağa hesablanıb. Rusiya İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməkdə qərarlıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti