"Ukrayna müharibəsi başlayandan Ermənistana 75 min Rusiya vətəndaşı gəlib"

   "Ukrayna müharibəsi başlayandan Ermənistana    75 min Rusiya vətəndaşı gəlib"
  15 Aprel 2022    Oxunub:1322
Moskva Ukraynada hərbi əməliyyata başlayandan sonra Ermənistana 75 minə yaxın Rusiya vətəndaşı gəlib. AzVision.azxəbər verir ki, bunu RBK-yə müsahibəsində Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.
O qeyd edib ki, həmin şəxslərin təxminən yarısının Ermənistan pasportu var. Yəni onlar etnik erməni də sayılırlar. Eyni zamanda, bir çoxları artıq Rusiyaya qayıtmağa başlayıb. Nazir gələnlərin ölkədə nə qədər qalacaqlarını söyləməkdə çətinlik çəkib.

- Mən risk edib cəsarətlə deyə bilmərəm ki, 75 min nəfər İrəvanda qalıb burada yaşamaq qərarına gələcək. Vaxta gəlincə, Ermənistanda xüsusi sənədlər olmadan 180 gün yaşaya bilərsiniz. Amma qalamağınız daha uzun çəkərsə, bu, sadəcə olaraq cərimə deməkdir. Bütün bu qaydalar qanunvericiliklə müəyyən edilir. Ümumiyyətlə, Ermənistanda xüsusən də Rusiya Federasiyasının vətəndaşları sərbəst yaşayıb işləyə bilirlər, - nazir deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Rusiya  



Xəbər lenti