Daha bir maşınqayırma konserni Rusiyada fəaliyyətini dayandırdı

   Daha bir maşınqayırma konserni Rusiyada fəaliyyətini dayandırdı
  15 Aprel 2022    Oxunub:893
Avstriyanın beynəlxalq mühəndislik konserni "ANDRİTZ" Rusiyadakı fəaliyyətini dayandırıb. AzVision.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
"ANDRITZ Beynəlxalq Texnologiyalar Qrupu infrastrukturun dağıdılması və insan tələfatı ilə nəticələnən Ukrayna işğalını pisləyir və Ukrayna xalqına dəstəyini ifadə edir. Ukraynada hərbi əməliyyatlar və beynəlxalq sanksiyaların tətbiqi fonunda ANDRITZ özünün Rusiyadakı bütün yeni əməliyyatlarını dayandırıb”, - məlumatda deyilir.

Bildirilir ki, şirkət öz fəaliyyətinin bütün dörd sahəsi - sellüloz-kağız, metallurgiya, hidrotexnika və seperasiya üzrə dünya bazarında liderdir. Şirkətin təxminən 26,800 əməkdaşı və 40-dan çox ölkədə 280-dən çox ofisi var.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti