ABŞ-da polisləri güllələyən qadın öldürülüb

ABŞ-da polisləri güllələyən qadın öldürülüb
  16 Aprel 2022    Oxunub:1028
ABŞ-ın Kanzas ştatında silahlı insident yaşanıb. AzVision.az xəbər verir ki, yerli polisin yaydığı məlumata görə, qadın sürücü avtomobilindən polislərə atəş açaraq üç nəfəri yaralayıb.
İnsident cümə günü yerli vaxtla saat 12.50-də baş verib. İlkin məlumata görə, şerifin üç köməkçisi magistral yolda şübhəli avtomobil aşkar ediblər. Onlar avtomobilə yaxınlaşaraq xanım sürücüdən düşməsini istəsələr də, qadın imtina edib. Polis qadını maşından çıxarmağa çalışanda o, silahına əl ataraq atəş açıb.

"Atışma zamanı hər üç köməkçi yaralanıb. Qadın yerindəcə zərərsizləşdirilərək öldürülüb", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  



Xəbər lenti