"Britaniya xüsusi təyinatlılarını Kiyevə qaytardı" - The Times

   "Britaniya xüsusi təyinatlılarını Kiyevə qaytardı" -    The Times
  16 Aprel 2022    Oxunub:1030
Britaniya xüsusi təyinatlıları Kiyev və onun ətrafında Ukrayna hərbçilərinə keçdikləri təlimləri bərpa ediblər. AzVision.az xəbər verir ki, bu barədə “The Times”a ukraynalı zabitlər məlumat veriblər.
Məqalədə yazılıb ki, kapitan Yuri Mironenkonun sözlərinə görə, təxminən iki həftə əvvəl Kiyevdə olan Britaniya Xüsusi Hava Xidmətinin (SAS) əsgərləri hərbçilərə NLAW tank əleyhinə sistemlərdən istifadə etməyi öyrədiblər.

İki batalyonun zabitləri hərbi hazırlıq keçiblər və onlar Britaniya Xüsusi Təyinatlı Qüvvələrindən bəzi mühüm döyüş biliklərini öyrəniblər.

Böyük Britaniya Müdafiə Nazirliyi isə ukraynalı zabitlərin ötürdükləri bu cür informasiyaları şərh etmək və ya təsdiqləməkdən imtina edib.

Xatırladaq ki, Britaniyadan olan xüsusi təlimatçılar əvvəllər də ukraynalı hərbçilərlə işləyiblər. Lakin fevralın ortalarında krallığın Müdafiə Nazirliyi onları geri çağırdı. Daha sonra müdafiə nazirliyi Rusiya ilə Ukrayna arasında münaqişə olacağı təqdirdə britaniyalıların döyüşlərdə heç bir formada iştirak etməyəcəyini bəyan etdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Britaniya   Təlim  



Xəbər lenti