Kiyevə yenidən zərbələr endirilib

Kiyevə yenidən zərbələr endirilib
  16 Aprel 2022    Oxunub:1509
Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə zərbələr endirilib. xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
O, qeyd edib ki, səhər saatlarında Rusiya hərbçiləri paytaxtı atəşə tutublar və şəhərin Darnitski rayonunda partlayış səsləri eşidilib.

Mer hazırda hadisə yerində xilasedici və həkimlərin çalışdığını, xəsarət alanlarla bağlı məlumatların dəqiqləşdirildiyini söyləyib.

O, əhaliyə müraciət edərək deyib ki, şəhəri tərk edən və qayıtmağa hazırlaşan sakinlər hələ ki, paytaxta geri dönməkdən çəkinsinlər və daha təhlükəsiz yerlərdə qalsınlar.

Tural Tağıyev
AzVision.az




Teqlər: Kiyev  



Xəbər lenti