Metsamor 73 günlük təmirə dayandırıldı

   Metsamor    73 günlük    təmirə dayandırıldı
  16 Aprel 2022    Oxunub:1102
Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) ikinci enerji bloku planlı təmirə dayandırılıb. AzVision.az xəbər verir ki, bu barədə AES-in mətbuat xidməti məlumat yayıb.
"Aprelin 16-da saat 00:30-da enerji bloku dayandırılıb və planlı profilaktik təmir 73 gün davam edəcək", - məlumatda deyilir.

Planlaşdırılan təmir işlərinə AES-in əsas sexlərinin işçiləri ilə yanaşı, Rusiya, Xorvatiya, Slovakiya, Çexiya və digər ölkələrdən, habelə Ermənistanın Nüvə Təhlükəsizliyi Tənzimləmə Komitəsindən mütəxəssislər də cəlb olunacaq. İkinci enerji blokunun işə salınması bu il iyunun 28-nə planlaşdırılır.

Qeyd edək ki, Ermənistan AES Cənubi Qafqazda yeganə atom elektrik stansiyasıdır və Ermənistanda istehsal olunan bütün elektrik enerjisinin üçdə birindən çoxunu istehsal edir. Buna baxmayaraq AES-in uzun illərdir köhnəlməsi və standartlara cavab verməməsi nəinki Qafqaz, ümumilikdə Avropa üçün ciddi təhdid doğurur.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti