Moskva Londona qarşı sanksiyalar tətbiq edib - Siyahıda Conson da var

   Moskva Londona qarşı sanksiyalar tətbiq edib -    Siyahıda Conson da var
  16 Aprel 2022    Oxunub:679
Rusiya London sanksiyalarına cavab tədbirləri görüb.
Rusia Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Britaniya hökumətinin əsas üzvlərini və bir sıra siyasi xadimlər, o cümlədən baş nazir Boris Consonla xarici işlər naziri Elizabet Trus Rusiyanın “stop-list"inə ("Qara siyahı"-red.) salınıb.

Məlumatda müdafiə naziri Ben Uollesin də adı keçir. Bundan başqa, baş nazirin müavini, ədliyyə naziri Dominik Raab, maliyyə naziri Rişi Sunak, daxili işlər naziri Priti Patelin də adları qara siyahıya salınıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti