"133 təyyarə, 458 PUA, 2246 tank vurmuşuq" - Rusiyalı general

   "133 təyyarə, 458 PUA, 2246 tank vurmuşuq" -    Rusiyalı general
  16 Aprel 2022    Oxunub:865
Rusiya hərbçiləri yüksək dəqiqlikli uzaqmənzilli silahlarla Kiyevdəki zirehli tanklar istehsal edən zavodun və Nikolayevdəki hərbi texnika təmiri sexinin istehsalat binalarını vurublar.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının aerokosmik qüvvələri bir gecədə Ukraynanın 16 hərbi obyektini məhv edib, o cümlədən Poltava və Nikolayev vilayətlərində hədəfləri sıradan çıxarıb.

O qeyd edib ki, Nikolayev rayonunda, Poltavanın cənub-şərqində - radar kəşfiyyatı və rabitə vasitələrinin mərkəzi anbar bazası, Poltavanın cənubunda - zenit-raket silahları üçün anbar bazası, iki raket və artilleriya silahı anbarı vurulub.

Konaşenkov həmçinin bildirib ki, Rusiya raket və artilleriyaçıları Ukrayna ordusunun 811 obyektini, o cümlədən Ukrayna qoşunlarının 43 komanda məntəqəsini vurub.

Bundan əlavə, Rusiya Federasiyasının əməliyyat-taktiki aviasiyası Ukrayna qoşunlarının şəxsi heyətinin cəmləşdiyi 67 ərazini vurdu.

Generalın sözlərinə görə, Silahlı Qüvvələr Ukraynada keçirdiyi xüsusi əməliyyat zamanı 133 təyyarə və 458 pilotsuz uçan aparatı məhv edib.

- Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 133 təyyarə, 458 pilotsuz uçuş aparatı, 246 zenit-raket kompleksi, 2246 tank və digər zirehli döyüş texnikası, 252 reaktiv yaylım atəşi sistemi, 981 səhra artilleriya qurğusu və bir minaatan. o cümlədən 2146 ədəd xüsusi təyinatlı hərbi maşın vurulub, - Konaşenkov deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti