Zelenski: “Rusiya ilə sülh müqaviləsi iki sənəddə əks oluna bilər”

 Zelenski:  “Rusiya ilə sülh müqaviləsi iki sənəddə əks oluna bilər”
  16 Aprel 2022    Oxunub:1569
“Rusiya ilə sülh müqaviləsi iki ayrı sənəddən ibarət ola bilər. Onlardan biri Ukraynanın təhlükəsizliyinə təminat, digəri isə birbaşa Rusiya ilə münasibətlərlə bağlı olmalıdır”.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Pezidenti Volodmir Zelenski deyib.

Onun sözlərinə görə, rəsmi Moskva bütün məsələlərin həllini ehtiva edən bir müqavilənin olmasını istərdi:

“Lakin hamı özünü Rusiya ilə masa arxasında tam görmür. Ukrayna üçün təhlükəsizlik təminatları bir məsələdir, Rusiya ilə razılaşmalar isə başqa məsələdir”.

Zelenski qeyd edib ki, Böyük Britaniya, ABŞ, İtaliya və Türkiyə Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazır olduqlarını nümayiş etdirirlər, lakin hələ də heç kimdən yekun cavab yoxdur

AzVision.az



Teqlər: Zelenski   Sülh  



Xəbər lenti