Ukraynada müharibədə 202 uşaq ölüb

   Ukraynada müharibədə 202 uşaq ölüb
  17 Aprel 2022    Oxunub:694
Rusiyanın genişmiqyaslı hücumu nəticəsində Ukraynada 563-dən çox uşaq zərər çəkib, 202 uşaq həlak olub, 361-dən çox uşaq yaralanıb. AzVision.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıblar.

Rusiya ordusunun hərbçiləri tərəfindən Kiyev vilayətinin Buçanski rayonu ərazisində törədilmiş cinayət əməllərinin təsbiti zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 14 yaşlı yeniyetmənin meyitini aşkar ediblər.

Aprelin 15-də Xerson rayonunun Qavrilovka kəndinin atəşə tutulması nəticəsində 15 yaşlı yeniyetmə həlak olub.

Aprelin 16-da Xarkov vilayətinin İzyum rayonunda bir ailənin avtomobilinin atəşə tutulması nəticəsində 15 yaşlı qız yaralanıb. Zaporojye vilayətinin Poloqi şəhərində isə 12 yaşlı uşaq yaralanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti