Aİ Ukraynaya daha 50 milyon avro ayırdı

   Aİ Ukraynaya daha  50 milyon avro ayırdı
  17 Aprel 2022    Oxunub:846
Avropa İttifaqı Ukraynaya əlavə humanitar yardım kimi 50 milyon avro ayırıb. Bu barədə bazar günü Avropa Komissiyasının yaydığı bəyanatda deyilir.
“Bu yardım tibbi xidmətlərin göstərilməsi, içməli su, gigiyena vasitələri, mənzil, pul yardımı və gender əsaslı zorakılıqla mübarizə də daxil olmaqla ən təcili humanitar ehtiyacları əhatə edəcək”, - sənəddə deyilir.

45 milyonun Ukraynada, daha beşinin isə qonşu Moldovada layihələrin həyata keçirilməsinə yönəldilməsi planlaşdırılır.

Aİ qeyd edib ki, Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatı başlayandan indiyədək humanitar yardım üçün 143 milyon avro vəsait ayrılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti