Bella Hadidin hesabı Fələstinə görə bloklandı

   Bella Hadidin hesabı Fələstinə görə bloklandı
  17 Aprel 2022    Oxunub:966
"İnstaqramda nə zaman Fələstinlə bağlı paylaşım etsəm, hekayələrim bloklanır”.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fələstin əsilli amerikalı model Bella Hadid deyib.

O, təqibçilərinin təxminən 1 milyonunun paylaşım və hekayələrini görə bilmədiyini söyləyib. Məşhur model qeyd edib ki, sonuncu dəfə İsrail polisinin Məscidi Əqsaya hücumu barədə paylaşım edib.

B.Hadidin izləyiciləri instaqrama etiraz ediblər.

AzVision.az


Teqlər:



Xəbər lenti