Ukrayna Xarkovun bir neçə yaşayış məntəqəsini azad edib

Ukrayna Xarkovun bir neçə yaşayış məntəqəsini azad edib
  17 Aprel 2022    Oxunub:1436
Xarkov vilayətində Ukrayna silahlı qüvvələri əks-hücum nəticəsində bir neçə yaşayış məntəqəsini - Lebyajye, Bazalievka və Kutuzovkanın bir hissəsini azad edib. Ukrayna müdafiəçiləri həmçinin Malaya Roqan kəndi yaxınlığında daha da şərqə doğru irəliləyiblər.
Bu barədə Xarkov Regional Dövlət Administrasiyasının sədri Oleq Sinequbov öz telegram kanalında bildirib.

“Xarkov vilayətində müdafiəçilərimiz işğalçıları vilayət mərkəzindən uzaqlaşdıraraq bir sıra uğurlu əməliyyatlar həyata keçirirlər”, - deyə bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti