"Mariupol artıq mövcud deyil, ruslar yerlə -yeksan edirlər" - Kuleba

   "Mariupol artıq mövcud deyil, ruslar yerlə -yeksan edirlər" -    Kuleba
  17 Aprel 2022    Oxunub:793
"Mariupolda vəziyyət hərbi baxımdan ağırdır və ürək ağrıdır. Şəhər artıq mövcud deyil. Ukrayna ordusunun qalıqları və dinc əhalinin böyük bir qrupu faktiki olaraq rus qoşunları tərəfindən mühasirəyə alınıb. Onlar döyüşlərini davam etdirirlər, lakin Mariupolda rus ordusunun davranışına əsasən, nəyin bahasına olursa-olsun şəhəri yerlə-yeksan etməkdə qərarlıdırlar".

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba CBS News telekanalına müsahibəsində bildirib.
Bununla belə, ukraynalı nazir əlavə edib ki, Ukrayna ordusu döyüşü davam etdirir və Mariupoldakı vəziyyət Rusiya ilə danışıqlarda “qırmızı xətt”ə çevrilə bilər.

- Buçadan sonra Rusiya tərəfi ilə əlaqəni davam etdirmək xüsusilə çətinləşdi" Kuleba bildirib. – Ancaq prezidentin dediyi kimi, Mariupol qırmızı xətt ola bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti