Tayvanda gənc karantini pozdu: 51 min dollar cərimələndi

   Tayvanda gənc karantini pozdu:    51 min dollar cərimələndi
  18 Aprel 2022    Oxunub:1349
Tayvanın şimalındakı Sinbeyi şəhərinin səhiyyə orqanları karantini pozduğuna görə 18 yaşlı oğlana rekord məbləğdə cərimə yazıb. xarici mətbuata istinadən xəbər verir ki, onun ailəsi 1,5 milyon Tayvan dolları (51,5 min dollar) ödəməli olacaq. Koronavirus testi müsbət çıxan gənc 10 günlük ev karantin rejimini pozub.
Həftə sonu o, dostları ilə basketbol oynamağa və həmçinin koronavirusa yoluxmuş sevgilisinə hədiyyə almağa gedib. Əvvəlcə gənc evdən çıxdığını inkar etməyə çalışıb. Bununla belə, polis və həkimlər sübut kimi onun sosial şəbəkələrdə yayımlanan “macəraları”nın fotolarını göstəriblər. Bu qeydlərin skrinşotları internet istifadəçilərindən biri tərəfindən səlahiyyətli orqanlara göndərilib.

Məlum olub ki, gənc COVID-19 xəstələrinin yerinin izlənilməsi proqramını aldatmaq üçün qəsdən telefonunu evdə qoyub. O, şəkil çəkmək üçün başqa smartfondan istifadə edib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Karantin  



Xəbər lenti