"Bu günlərdə Zelenskinin axırına çıxacağıq" - Kadırov

   "Bu günlərdə Zelenskinin axırına çıxacağıq" -    Kadırov
  18 Aprel 2022    Oxunub:931
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Volodimir Zelenskini növbəti dəfə təhqir edərək hədələyib. AzVision.az xəbər verir ki, o, Zelenskinin CNN-ə verdiyi müsahibədə Ukraynanın on il döyüşməyə hazır olması ilə bağlı bəyanatını şərh edib.
- Oxudum ki, Zelenski on il döyüşməyə hazır olduğunu bəyan edib. Ay axmaq, nə danışırsan? O qədər vaxtımız yoxdur, bu günlərdə sənin axırına çıxacağıq. Məncə, səndə şizofreniyalıq var! Böyük qardaşın Baydenin yanlna get və bir- brinizin əlini sıxın, - Kadırov deyib.

Qeyd edək ki, Kadırov Ukraynada müharibə başlayandan tez-tez sosial şəbəkələrdə paylaşımlar edərək Ukrayna rəhbərliyinin ünvanına xoşa gəlməz ifadələr işlədir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Zelenski   Kadırov  



Xəbər lenti