Batan "Moskva" kreyserinin real fotosu yayıldı

   Batan    "Moskva" kreyserinin  real fotosu  yayıldı
  18 Aprel 2022    Oxunub:3298
Rusiyanın məşhur "Moskva" kreyserindəki yanğınla bağlı ilk real fotolar üzə çıxıb. Şəkilləri "OSINTtechnical" paylaşıb.
“Moskva” raket kreyserində yanğın: Döyüş sursatları partladı
Xarici jurnalistlər Qara dənizdə Ukraynanın "Neptun" raketləri ilə vurulandan sonra batan Rusiya kreyserinin bəlkə də ilk real fotosununu təhlil ediblər. Onların fikrincə, dənizdə batmamışdan əvvəl kreyserdə yanğınla mübarizə aparılırmış. Şahidlərin çəkdiyi fotoşəkillərdə "Moskva"nın ilüminatorundan çıxan qara tüstü görünür ki, bu da nəhəng gəminin daxilində genişmiqyaslı yanğından xəbər verir.



Qeyd edək ki, aprelin 13-də Qara dənizdə Rusiyanın "Moskva" raket kreyseri Ukraynanın "Neptun" qanadlı raketləri ilə vurulub. Ukrayna hərbi komandanlığının məlumatına görə, nəticədə zədələnən gəmi alovlandıqdan sonra çevrilərək batıb. Rusiya Müdafiə Nazirliyi isə gəmidə sursatın partlamasından sonra yanğının baş evrdiyini, və kreyserin yedəkdə daşınarkən batdığını iddia edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Kreyser  



Xəbər lenti