Zaporojyedə ferma "Toçka-U" ilə vurulub - VİDEO

   Zaporojyedə ferma    "Toçka-U"   ilə vurulub -    VİDEO
  18 Aprel 2022    Oxunub:1178
Rusiya Müdafiə Nazirliyi Zaporojye vilayətinin Tokmak kəndində fermaya raket düşməsi barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, Rusiya mülki obyektin Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.
"Ukrayna Silahlı Qüvvələri dinc, mülki əhaliyə məxsus fermer təsərrüfatına raket zərbəsi endirərək Zaporojye vilayətinin Tokmak kəndinin sakinlərini təhlükə qarşısında qoyub. Ferma və tikililər tamamilə dağıdılıb", - məlumatda deyilir.

Nazirliyin məlumatına görə, zərbə “Toçka-U” taktiki raket kompleksindən endirilib.


Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti