Qırğızıstan Prezidenti sabah Bakıya gəlir

 Qırğızıstan Prezidenti sabah Bakıya gəlir
  18 Aprel 2022    Oxunub:979
Qırğızıstan Prezidenti Sadır Japarov sabah Azərbaycana rəsmi səfər edəcək.
AzVision.az “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan dövlət başçısının Mətbuat xidməti yayıb. Məlumata görə, səfər çərçivəsində səfər aprelin 19-dan 20-dək davam edəcək.

Qırğızıstan Respublikası Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Jeenbek Kulubayev bildirib ki, dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli əməkdaşlığın qurulması perspektivlərini müzakirə edəcəklər. Səfər Qırğızıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi, eləcə də ölkələr arasında Dostluq və Əməkdaşlıq Müqaviləsi imzalanmasının 25 illiyi ərəfəsində baş tutacaq.

AzVision.az


Teqlər: Qırğızıstan  



Xəbər lenti