“Spotify” Rusiyada AppStore və Google Play-dən yoxa çıxdı

“Spotify” Rusiyada AppStore və Google Play-dən yoxa çıxdı
  18 Aprel 2022    Oxunub:1007
Musiqi xidməti Spotify artıq Rusiya istifadəçiləri üçün AppStore və Google Play-də mövcud deyil.
AzVision.az xəbər verir ki, Spotify artıq AppStore axtarış nəticələrində görünmür. Həmçinin, Spotify proqramı Rusiya istifadəçiləri üçün artıq Google Play mağazasında mövcud deyil.

Spotify rəsmi olaraq ruslar üçün təxminən 1,5 il əvvəl istifadəyə verilib, 2021-ci ilin sonunda Rusiyada gəlir 983,3 milyon rubl təşkil edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya  



Xəbər lenti