Pakistan XİN Əfqanıstana çağırış etdi

Pakistan XİN Əfqanıstana çağırış etdi
  18 Aprel 2022    Oxunub:891
Pakistan Xarici İşlər Nazirliyi Əfqanıstan rəsmilərindən Pakistan sərhədçilərini atəşə tutmağı dayandırmağı və iki ölkə sərhədində təhlükəsizliyi təmin etməyi tələb edib.
AzVision.az xəbər verir ki, son bir neçə gün ərzində Pakistan-Əfqanıstan sərhədində Pakistan təhlükəsizlik qüvvələrinin Əfqanıstan daxilindən hücuma məruz qaldığı insidentlərin sayı əhəmiyyətli dərəcədə artıb.

“Tərəflər son bir neçə ay ərzində sərhəddə effektiv koordinasiya və təhlükəsizliyi təmin etmək üçün birgə işləyirlər. İslamabad Kabildən Pakistan-Əfqanıstan sərhədinin təhlükəsizliyini təmin etməyi və Pakistanda terror aktlarında iştirak edənlərə qarşı sərt tədbirlər görməyi xahiş edib” - , XİN-in bəyanatında deyilir.

Qeyd edək ki, Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanın Xost əyalətinə hava zərbələri endirib, nəticədə 44 nəfər həlak olub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Pakistan  



Xəbər lenti