Ərdoğan Qarabağdan danışdı: “Sülh adına mühüm fürsət yaranıb”

      Ərdoğan Qarabağdan danışdı:    “Sülh adına mühüm fürsət yaranıb”
  18 Aprel 2022    Oxunub:1843
“Mən səmimi şəkildə inanıram ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması şərti, dialoq yolu ilə problemin həlli tapıla bilər”.
AzVision.az -ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə üzərinə düşən vəzifələri yerinə yetirməyə və böhranlarda konstruktiv rol oynamağa çalışır:
“Hazırda Ukrayna böhranında sülhü, sabitliyi, insan həyatını qorumaq ölkəmizin xarici siyasətinin əsas istiqamətini təşkil edir. Biz Ukrayna və Rusiyanın xarici işlər nazirlərinin görüşməsini təmin etdik. Üzbəüz danışıqları davam etdirmək üçün tərəfləri İstanbulda qonaq etdik. Bu danışıqlar sayəsində tərəflər nəzərəçarpacaq irəliləyiş əldə etdilər. Bununla belə, Buçadan gələn görüntülər mülki insanları hədəf almaq səylərimizə kölgə salır. Tərəflər arasında onlayn danışıqlar davam edir. Hər iki tərəfin güvəndiyi ölkə olaraq səylərimizi davam etdiririk.

İstanbul prosesi hələ də ən etibarlı və ən qısa çıxış yolu kimi xarakterini qoruyub saxlayır. Biz yaxın ətrafamızda sülh və sabitlik zonasının formalaşmasına töhfə verəcək hər cür normallaşma addımlarını dəstəkləyirik. İnanırıq ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bölgəmizdə sülh adına mühüm fürsət yaranıb. Bu fürsətin boşa getməməsi üçün qonşumuz Ermənistanla normallaşma prosesini səmimiyyətlə davam etdiririk”, - deyə Ərdoğan qeyd edib.

AzVision.az




Teqlər: Ərdoğan   Qarabağ  



Xəbər lenti