Qazaxıstandan 1 milyard dollar çıxarılıb

   Qazaxıstandan 1 milyard dollar çıxarılıb
  19 Aprel 2022    Oxunub:770
Qazaxıstan Baş Prokurorluğu ölkədən qeyri-qanuni olaraq pul vəsaitlərinin çıxarılması faktları üzrə 20 cinayət işini araşdırır, dəymiş ziyan 1 milyard dollar həcmində qiymətləndirilir.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin maliyyə naziri Yerulan Jamaubayev məlumat verib. Onun sözlərinə görə, Baş Prokurorluqda artıq açılmış 20-dən çox cinayət işi araşdırılır və onlar üzrə dəymiş ziyanın məbləği 1 milyard dollara yaxın qiymətləndirilir.

"Maliyyə Nazirliyi Milli Bankla birlikdə əvvəllər bu sahədə statistik məlumatları təhlil edərək Maliyyə Monitorinqi Agentliyinə təqdim edib. Təxminən səkkiz halla bağlı onlar artıq ibtidai araşdırma aparmalı, lazım gələrsə, cinayət işi açmalı idilər. Səhv etmirəmsə, zərərin məbləği səkkiz halda 1 milyard dollar daxilindədir".

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti