"Qərb Zelenskiyə xəyanət etdi" - Lavrov

   "Qərb Zelenskiyə xəyanət etdi" -    Lavrov
  19 Aprel 2022    Oxunub:1218
Qərb Ukrayna prezidenti Vladimir Zelenskidən öz məqsədləri üçün istifadə edib. AzVision.az xəbər verir ki, bunu “India Today” telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazirin sözlərinə görə, əgər Zelenski əməkdaşlıq edib Minsk razılaşmalarını həyata keçirməyə çalışsaydı, böhran çoxdan həll olunardı.

- Qərb Zelenskiyə xəyanət etdi. Düşünürəm ki, onlar Ukrayna Prezidentindən sadəcə Rusiyaya qarşı istifadə etdilər. Onlar hər şey etdilər ki, Zelenski istənilən təklifə məhəl qoymasın, - Lavrov deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Lavrov  



Xəbər lenti