Almaniya Ombudsmanı rus incəsənət və mədəniyyətinin boykotuna qarşı çıxdı

   Almaniya Ombudsmanı rus incəsənət və mədəniyyətinin boykotuna qarşı çıxdı
  19 Aprel 2022    Oxunub:813
Almaniya ombudsmanı Luize Amtsberq Rusiya ilə bağlı diqqət çəkən açıqlama verib. AzVision.az xəbər verir ki, o, Rusiyaya qarşı tətbiq edilən bəzi boykotlara qarşı çıxıb.
- Ruslara hər hansı bir şəkildə düşmənçiliklə yanaşmaq və ya onları müharibədə günahlandırmaq düzgün deyil, - ombudsman "Neue Osnabrücker Zeitung" qəzetinə deyib. O, fikirlərinə onu da əlavə edib ki, almanların "rus restoranlarına baş çəkməmək və ya rus incəsənəti ilə mədəniyyətini boykot etməsi düzgün deyil".

Siyasətçi insanları incəsənət və mədəniyyət sahəsində də bir-birinizlə ünsiyyəti davam etdirməyə çağırıb. Amtsberq "mağazalarda yazıçılar Dostoyevski ilə Tolstoyun əsərlərini rəflərdən yığışdırmasını tamamilə yanlış" hesab edib.

Qeyd edək ki, Rusiya Ukraynaya hücum edəndən əksər Qərb ölkələri Moskvaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti