Putin və Paşinyan hərbi əməkdaşlığın səviyyəsindən razıdır

Putin və Paşinyan hərbi əməkdaşlığın səviyyəsindən razıdır
  19 Aprel 2022    Oxunub:1368
Rusiyanın prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan hərbi və hərbi-texniki əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd ediblər. AzVision.az xəbər verir ki, bu barədə Kremlin saytında yayılan birgə bəyanatda məlumat verilib.
"Müxtəlif səviyyələrdə ikitərəfli xarici siyasət məsləhətləşmələri təcrübəsinin faydalılığı təsdiqləndi. Rusiya-Ermənistan parlamentlərarası intensiv dialoqun davam etdirilməsi tələbi vurğulandı. Rusiya Federasiyası ilə Ermənistan respublika arasında hərbi və hərbi-texniki əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulandı”, - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti