Rumıniya Ukraynadakı səfirliyini yenidən açır

Rumıniya Ukraynadakı səfirliyini yenidən açır
  19 Aprel 2022    Oxunub:1028
Rumıniya hakimiyyəti ölkənin Kiyevdəki səfirliyini yenidən açmaq qərarına gəlib. AzVision.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku bildirib.
"Səfirliyin fəaliyyəti lazımi texniki hazırlıqlar və təhlükəsizlik tədbirləri tamamlandıqdan sonra ən qısa zamanda bərpa olunacaq", - nazir qeyd edib.

Ukrayna Xarici İşlər Nazirliyi xəbər verir ki, indiyədək Kiyevdə 17 diplomatik nümayəndəlik öz işini bərpa edib.

AzVision.az



Teqlər:



Xəbər lenti