"Ölkəmiz üçün həlledici döyüşlər başlayıb" - Ukrayna Müdafiə Nazirliyi

   "Ölkəmiz üçün həlledici döyüşlər başlayıb" -    Ukrayna Müdafiə Nazirliyi
  20 Aprel 2022    Oxunub:795
"Ukrayna hərbçiləri ilə rus işğalçıları arasında Donbas uğrunda gedən döyüşlər bir neçə gündür ki, davam edir. İşğalçılar Luqansk və Donetsk vilayətlərində hücum əməliyyatlarını gücləndiriblər". AzVision.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Aleksandr Motuzyanik "RBK-Ukrayna"ya müsahibəsində deyib.
Ukrayna ordusu Maryinkanı azad edib
Qeyd edilir ki, rus hərbçiləri son bir neçə gün ərzində Şərq Əməliyyat Zonasında hücumları əhəmiyyətli dərəcədə sürətləndiriblər. Bütün təmas xətti boyunca raket və artilleriya hücumlarının sayını artırılıb.

- İndi deyə bilərik ki, bu həlledici döyüş artıq başlayıb, - Motuzyanik qeyd edib.

Onun fikrincə, Moskvanın Ukraynanın şərqinə genişmiqyaslı hücumu gec-tez baş verməli idi.

Eyni zamanda, polkovnik qeyd edib ki, bu ərazidəki Ukrayna şəhər və kəndləri irili-xırdalı qalalar sayılır. Onlar müdafiəni cəsarətlə qurub rus hərbçilərinin qarşısını alırlar.

- Onlar Rusiyanın bütün ərazilərimizi ələ keçirmək planlarının gerçəkləşməsinə imkan vermirlər. Ona görə də Donbasdakı döyüş, mübaliğəsiz olaraq Ukrayna üçün həlledici döyüşdür, - Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Donbas  



Xəbər lenti