Boksçumuz 3-cü oldu

Boksçumuz 3-cü oldu
  20 Aprel 2022    Oxunub:955
Azərbaycan boksçusu Amin Məmmədzadə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Federasiyanın Mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, 51 kq-da yarışan idmançı Gürcüstan təmsilçisi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb.

Nəticədə Məmmədzadə yarışı bürünc medalla başa vurub.

Qeyd edək ki, Azərbaycanın digər boksçusu Kənan Babayev aprelin 21-də final görüşünü keçirəcək. O, çempionluq döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti