"Ukraynanın 1001 hərbi obyektini vurmuşuq" - Rusiyalı general

   "Ukraynanın 1001 hərbi obyektini vurmuşuq" -    Rusiyalı general
  21 Aprel 2022    Oxunub:871
Rusiya Ukraynadakı hərbi əməliyyatlarla bağlı yeni statistikanı yayıb. AzVision.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov deyib ki, raket qüvvələri və artilleriya Ukraynanın 1001 hərbi obyektinə zərbələr endirib.
Operativ-taktiki və ordu aviasiyası isə bir gecədə Ukrayna qoşunlarının canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 20 ərazini vurub.

- Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası gecə saatlarında Şnurki, Novonikolaevka, Aleksandrovka yaşayış məntəqələri ərazilərində canlı qüvvə və Ukrayna hərbi texnikasının cəmləşdiyi 20 ərazini vurub. Bundan əlavə, gün ərzində Rusiya hava hücumundan müdafiə qüvvələri 13 pilotsuz uçuş aparatı, həmçinin bir “Toçka-U” taktiki raketi vurulub, - general deyib.

Konaşenkovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin qüvvələri və "LXR"in "xalq milisləri" ukraynalı döyüşçülərin möhkəmləndirilmiş əraziyə çevirdiyi Kremennaya şəhərini tam nəzarətə götürüb.

General indiyə kimi ümumilikdə 500-dən çox Ukrayna pilotsuz təyyarəsinin məhv edildiyini də açıqlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti