Əfqanıstanda məscid yaxınlığında partlayış olub

Əfqanıstanda məscid yaxınlığında partlayış olub
  21 Aprel 2022    Oxunub:819
Əfqanıstanın şimalındakı Bəlx əyalətinin inzibati mərkəzi olan Məzari-Şərif şəhərindəki məscidlərdən birinin yaxınlığında partlayış baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Əfqanıstanın "Aamaj News" agentliyi yerli sakinlərə istinadən məlumat yayıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Bildirilib ki, məscid şəhərin gediş-gəlişin çox olduğu hissəsində yerləşir. Partlayış nəticəsində çoxsaylı yaralının olduğu güman edilir.

AzVision.az


Teqlər: Əfqanıstan  



Xəbər lenti