Çində ABŞ vətəndaşına ölüm hökmü verildi

Çində ABŞ vətəndaşına ölüm hökmü verildi
  21 Aprel 2022    Oxunub:947
Çində məhkəmə gənc qadını qəsdən öldürən ABŞ vətəndaşını ölüm cəzasına məhkum edib.
AzVision.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məhkəmə sübut edib ki, Amerika vətəndaşı 2021-ci ilin iyununda əvvəllər romantik münasibətdə olduğu 21 yaşlı Çin vətəndaşını qatlanan bıçaqla qətlə yetirib. Cinayət, məhkəmənin hökmünə əsasən, qəsdən və xüsusi qəddarlıqla törədilib.

Çində ölüm hökmü adətən xüsusilə ağır cinayətlərə, əksər hallarda qətl və narkotiklərlə bağlı olan cinayətlərə görə verilir. Bu cür cəzalar çox vaxt sonradan ömürlük həbslə əvəz olunur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Çin   ABŞ  



Xəbər lenti