Əfaqnıstanda “TikTok” və “PUBG” bloklanacaq

Əfaqnıstanda “TikTok” və “PUBG” bloklanacaq
  21 Aprel 2022    Oxunub:1497
Hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının yaratdığı Əfqanıstanın müvəqqəti hökuməti ölkədə TikTok tətbiqini bloklamaq qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə radikalların yaratdığı müvəqqəti kabinetdə informasiya və mədəniyyət nazirinin ikinci müavini İnamullah Samanqani məlumat verib.

“Kabinet Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə gənc nəsli çaşdıran PUBG oyununu və TikTok tətbiqini bloklamağı tapşırıb”, o, Twitter-də yazıb. Samanqani əlavə edib ki, idarə həm də əxlaqsız materialların və proqramların yayılmasının qarşısını almalıdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: tik-tok  



Xəbər lenti