Zaporojyeyə raket zərbələri endirilib

   Zaporojyeyə raket zərbələri endirilib
  21 Aprel 2022    Oxunub:1333
Rusiya Ukraynanın Zaporojye bölgəsinə raket zərbələri endirib. AzVision.az xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının sədri Oleksandr Starux məlumat yayıb.
O qeyd edib ki, bu gün saat 13:00 radələrində Zaporojyeyə iki raket düşüb.

- Təxminən 30 dəqiqə əvvəl Zaporojyedə 2 raket düşdü. İtki yoxdur. Təfərrüatları bir qədər sonra veriləcək, - Starux deyib.

O Starux şəhər sakinlərini şəkil çəkdirməməyə və raketlərin vurulduğu yer barədə məlumat yaymamağa çağırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti