Bayden Ukraynaya 800 milyon dollarlıq hərbi yardım ayırıb

   Bayden Ukraynaya 800 milyon dollarlıq hərbi yardım ayırıb
  21 Aprel 2022    Oxunub:873
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni 800 milyon dollarlıq hərbi yardım paketini elan edib.
AzVision.az xəbər verir ki, bu barədə Amerika lideri videomüraciətində bildirib.

Amerika lideri əlavə edib ki, Ukraynaya həmçinin ağır artilleriya və 144 min patron, həmçinin pilotsuz təyyarələr göndərir.

Bayden videomüraciətində Rusiya ilə əlaqəli gəmilərin ABŞ limanlarına girişinə qadağa qoyulacağını da qeyd edib.

O, həmçinin Ukraynadan olan qaçqınların miqrasiyasını sürətləndirəcək proqrama start verildiyini açıqlayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti